TOP 10

Simeone başına döyür: "Qarabağ"la oyunlarda 4 xal itirməyin cəzasını çəkdik"

Futbol
Tarix: 2017-12-06 03:09

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin son turunda səfərdə "Çelsi" ilə 1:1 hesablı heç-heçə etidkləri oyundansonra  fikirlərini açıqlayıb. Sport24.az xəbər verir ki, argetinalı mütəxəssis Londondakı matçdan sonra keçirilən mətbuat konfransında qrupda qalmalarına səbəbini açıqlayıb

O, bunun "Qarabağ"la oyunlarda itirilən 4 xal olduğunu bildirib: "Futbolçularımla və komandamla fəxr edirəm. Əsl rəqabət aparan komanda olduğumuzu nümayiş etdirdik. Yetirmələrim 90 dəqiqə layiqli mübarizə apardılar. "Roma"nın "Qarabağ"la matçda ikinci hissədə hesabı açması xəbərini eşidəndə belə hücumlarımızı davam etdirirdik. Son 2 qarşılşamada qrupda 4 xal toplamaqla yaxşı komanda olduğumuzu göstərdik. Ancaq "Qarabağ"la oyunlarda 4 xal itirməyin cəzasını çəkdik".

Qeyd edək ki, "Qarabağ"la Bakıda 0:0, Madriddə 1:1 hesablı bərabərlik edən "Atletiko" qrupda 3-cü yeri tutaraq münarizəni Avropa Liqasında davam etdirəcək. 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB