TOP 10

ÇL-də daha 4 xoşbəxt bilindi, son 4 vəsiqə sahibini gözləyir

Futbol
Tarix: 2017-12-06 01:42

Bu gün Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında 8 qarşılaşma keçirilib.

Bu matçlardan sonra 1/8 finala vəsiqə qazanan komandaların sayı 12-ə çatıb. Artıq bunadək pely-offa çıxan "Bavariya”, PSJ, "Çelsi”, "Barselona”, "Beşiktaş”, "Mançester Siti”, "Real” və "Tottenhem”ə 4 komanda "Mançester Yunayted", "Bazel", "Roma" və "Yuventus" qoşulub.

Xatırladaq ki, qrupda mübarizəyə bu gün 8 matçla yekun vurulacaq. Son 4 vəsiqənin sahibi həmin görüşlərdə bilinəcək.

 

Çempionlar Liqası, qrup mərhələsi
 

5 dekabr


A qrupu

"Mançester Yunayted" (İngiltərə) - MOİK (Moskva, Rusiya) 2:1
Qollar: 
 Lukaku, 64, Reşford, 66 - Dzaqoyev, 45 

"Benfika" (Portuqaliya) - "Bazel" (İsveçrə) 0:2
Qollar: 
Elyounoussi, 5, Oberlin, 65

 

B qrupu

"Bavariya" (Almaniya) - PSJ (Fransa) 3:1
Qollar: 
Levandovski, 8, Tolisso, 37, 69 - Mbappe, 50 

"Seltik" (Şotlandiya) - "Anderlext" (Belçika) 0:1
Qol: 
Simunoviç, 62-avt

 

C qrupu

"Roma" - "Qarabağ" 1:0
Qol: 
Perotti, 53

"Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) 1:1
Qollar: 
Saviç, 75-öz qapısına - Niquz, 56

D qrupu

"Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya) 0:2
Qollar:
 Kuadrado, 15, Bernardeski, 90

"Barselona" (İspaniya) - "Sportinq" (Portuqaliya) 2:0
Qollar: 
Pako, 59, Matye, 90+1-öz qapısına
 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB