TOP 10

"Stadio Olimpiko"da "Qarabağ" xoreoqrafiyası - FOTO

Futbol
Tarix: 2017-12-06 00:42

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda ilk hissəsi qolsuz bərabərliklə başa çatam “Roma” ilə səfər matçından azarkeş dəstəyindən məhrum qalmayıb. Sport24.az xəbər verir ki, təmsilçimizi oyunun keçirildiyi "Stadio Olimpiko"da fanat qrupu dəstəkləyir.

Düzdür, həmin azarkeşlərin sayı az olsa da, onları "Qarabağ"ı İtaliya paytaxtındakı çətin qarşılaşmada tək buraxmaması önəmlidi.

Üstəlik, azarkeşlər çempionumuza dəstək olmaq üçün xoreoqrafiya da hazırlayıb. Belə ki, fanatlar üçrəngli kartonlardan istifadə etməklə tribunada Azərbaycan bayrağını əks etdiriblər. Onlar əllərində tutduğu iri ağ kağızlarda “QARABAĞ” yazısını nümayiş etdiriblər. Bu zaman hər kağızda bir hərf göstərilib. 

 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB