TOP 10

"Qarabağ" son turda da uduzdu, qrup sonuncusu oldu

Futbol
Tarix: 2017-12-05 19:52

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Sport24.az xəbər verir ki, Rəşad Sadıqovun aş məşqçisi olduğu bkomanda VI turda “Roma”nın qonağı olub. Matç italyanların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 

Bununla da təmsilçimiz mübarizəni 3 xalla qrup sonuncusu kimi başa vurub. "Qarabağ" yeganə qələbəsini "Atletiko"nu səfərdə 3:0 hesabı ilə məğlub etməklə qazanıb. Komandamızın qrupda hər 3 qolunun müəllif ukraynalı yarımümdafiəçisi Yaroslav Deda olub. Ağdamlılar 6 oyunda qapısında 16 qol görüb. 

5 dekabr

Gənclər Liqası


Çempionlar yolu, qrup mərhələsi

C qrupu, VI tur


17:30. "Roma” (İtaliya) – "Qarabağ” (Azərbaycan) - 3:0
Qollar:
 Zakaria Sdaiqui, 19, Visente Besujen, 35, Ludoviko Dorazio, 81
Baş hakim: Tihomir Pejin
Roma. "Tre Fontan” stadionu
 

 

 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB