TOP 10

Miyatoviç: "Prosineçki ilə danışıqlar aparsaq da, yekunda başqa variantı üstün tutduq"

Futbol
Tarix: 2017-12-05 17:30

Sloveniya yığmasının yeni baş məşqçisinin adı rəsmən müəyyənləşib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yollarını ayırdığı baş məşqçi Robert Prosineçkinin də namizədlər sırasında olduğu bu posta yerli mütəxəssis gətirilib.

Belə ki, bu ölkənin futbol assosiasiyasının qərarına əsasən milli Tomaj Kavçiçə həvalə olunub. 64 yaşlı çalışdırıcı ilə AÇ-2020-nin seçmə mərhələsinin sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Assosiasiyanın prezidenti Radenko Miyatoviç Prosineçki də daxil olmaqla, digər mütəxəssislərlə də danışıq aparıldığını və yekunda verilən qərardan razı qaldığını bildirib: “Ayyarımlıq müzakirələrdən sonra Kavçiç yeni baş məşqçi təyin olundu. Sözsüz ki, bu məni razı saldı. Yerində verilən yaxşı qərardı. Bəli, çoxlu mütəxəssislə danışıqlar gedirdi. Ancaq sonda Kavçiç variantını üstün tutduq. O, Sloveniya futboluna yaxından bələddi, uzun illər gənclərdən ibarət yığmanı çalışdırıb. Bu baxımdan əsas milliyə baş məşqçi təyin olunması məntiqli qərardı". 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB