TOP 10

"Kəpəz"in 2018-ci ildə möhtəşəm dönüşü: Gəncədə "İdman ili"ndə 5 yeni meydança, 7 transfer və Avropaya çıxmaq

Futbol
Tarix: 2017-12-03 15:36

Topaz Premyer Liqasında mövsümün ilk yarısını son pillədə bitirən "Kəpəz" növbəti ilə böyük hədəflər qoyub. Sport24.az xəbər verir ki, Gəncə şəhər icra başçısı Elmar Vəliyevin səyləri sayəsində klub yenidən iddialılar sırasında olmağa çalışacaq.

Bütün üçün atılacaq konkret addımlar müəyyənləşib. Belə ki, əsas diqqət infrastruktura, "Kəpəz"in stadionunda yenidənqurma işlərinin davamına yönələcək. Məlumdu ki, meydançanın qazonu hazırda ideal vəziyyətdə olsa da, bazanın şəraitin olmaması üzündən komanda əsas hazırlığı paytaxtda keçirməli olur, ev matçına 1-2 gün qalmış doğma məkana gəlir. Yeni baş məşqçi Yunis Hüseynov saytımıza müsahibəsində komandanın təmsil etdiyi şəhərdə məskunlaşmasının vacibliyini bildirib.

E.Vəliyev da bunu tam dəstəkləyir və "Kəpəz"in sələfi olan Kirovabad "Dinamo"sunun SSRİ çempionatının yüksək liqasına çıxmasının 50 illik yubileyi ilə əlaqədar "Ramada" oteldə keçirilən tədbirdə Gəncədə 5 yeni meydançanı inşa ediləcəyini açıqlayıb. Bunlar 3-ü "Kəpəz"in stadionunda nəzərdə tutulub - 1-i təbii, 1-i süni örtüklü, 1-i qapalı meydança. Gəncədə idman sarayının tikilməsi nəzərdə tutulub və orada da meydança olacaq. Daha bir meydança isə şəhər təhsil-idman mərkəzində quraşdırılacaq. Yəni burada söhbət Gəncə futbolunun kompleks şəkildə inkişaf etdirilməsindən gedir. Hər şey isə yaxşı meydançalardan başlayır.

"Kəpəz"in meydançası kimi bazası da əsaslı şəkildə təmir olunacaq, paytardəyişmə və digər otaqlar tam qaydasına salınacaq. Bundan sonra artıq komanda öz bazasında qalacaq. Özü də şəhər rəhbərinin göstərişiylə işlərin tezliklə başlanmasını nəzərdə tutulub ki, bu da startın qış fasiləsində olacağı deməkdi.

2018-ci il Gəncədə "İdman ili" elan olunub və yerli komandanın nəticə qazanması qarşıya qoyulan əsas məqsədlərdəndi. Yəni "Kəpəz" hazırda son pillədə olsa da, avrokuboklar zonasına vəsiqə uğrunda mübarizə arxa plana keçirilmir. Əksinə, məhz "İdman İli"ndə Avropaya çıxmaq üçün bütün səylər göstəriləcək. Bunun üçün rəhbərlik qış fasiləsində heyətin gücləndirilməsinə böyük diqqət ayıracaq. Əldə etdiyimiz məlumata görə, qapı da daxil olmaqla bütün mövqelər üçün 7 futbolçunun transferi nəzərdə tutub. "Kəpəz"in əvvəlki şöhrətini qaytarmaq üçün gələcəkdə çempionluq uğrunda oynamaq da qarşıda duran hədəflərdəndi.

 

MEHMAN SÜLEYMANOV

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB