TOP 10

"Ramada"da "Kəpəz" günü - FOTOLAR

Futbol
Tarix: 2017-12-03 08:00

"Dinamo" Kirovabadın SSRİ çempionatının yüksək liqasına çıxmasının 50 illiyi yaınız Topaz Premyer Liqasının XIV turunun "Kəpəz" - "Sumqayıt" oyunundan öncə  stadionda qeyd olunmaqla bitməyib. Sport24az-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, əlamətdar hadisə ilə bağlı həmin gün axşam Gəncədə "Ramada" otelinin "Kəpəz" zalında ziyafət təşkil olunub. 

Orada 1967-ci ildə komandanın heyətində yer almış, Gəncədə yaşayan veteran futbolçular Müzəffər Qasımov, Zakir Süleymanov, Ravil Batrayev və Nurəddin Əliyevlə yanaşı, "Kəpəz"in hazırkı və sabiq üzvləri, Gəncə futbol ictimaiyyətinin nümayəndələri, klub rəhbərliyi - Elmir Vəliyevin sədri olduğu Müşahidə Şurasının üzvləri, Gəncə icra başçısı Elmar Vəliyev, Bakıdan gələn futbol veteranları - Ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov, "Şöhrət" ordenli futbol mütəxəssislərimiz - AFFA Məşqçilər Komitəsinin sdər müavini Ağasəlim Mircavadov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, millimizin məşqçisi, "Kəpəz"in və Azərbaycanın ən titullu futbolçusu Mahmud Qurbanov iştirak ediblər.

Onlar çıxışlarında yubilyarlara təbriklərini və AFFA-nın xatirə hədiyyələrini çatdırıblar. Rəhimov Elmir və Elmar Vəliyevlərlə də xatirə hədiyyələrini təqdim edib. 

"Kəpəz"in Müşahidə Şurasının rəhbəri də yubilyaraları diqqətdən kənarda qoymayaraq onları xatirə diplomlarıyla təltif edib. Onun atası olan Elmar Vəliyev şəhər rəhbərliyi adından təbriklərini çatdırıb, "Kəp"in tarixində olan bu əlamətdar günün önəmindən danışıb. Onun yubilyarlara ən böyük hədiyyəsi başçısı olduğu şəhərdə məhəllə evblərini hədiiyyə etməsi olub. 

Keçmiş hakim Samir Hüseynovun aparıcısı olduğu tədbir üzərində "Kəpəz"in loqosu olan tortun birgə kəsilməsiylə başa çatıb. 

 

MEHMAN SÜLEYMANOV, Gəncə

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB