TOP 10

Tarixi derbidə şərhçi dueti

Futbol
Tarix: 2017-12-01 17:00

"CBC Sport"un Topaz Premyer Liqasında bu ilin son oyunu üçün şərhçi təyinatları məlumdu. Sport24.az xəbər verir ki, XIV turun açılış matçında şərhçi dueti olacaq.

Belə ki, saat 18:00-da "Azərsun Arena"da başlayacaq "Qarabağ" - "Neftçi" tarixi derbisini Elnur Məmmədli - Gündüz Abbaszadə dueti şərh edəcək.

Sabah saat 16:00-da Gəncədə keçiriləcək "Kəpəz" - "Sumqayıt" matçında Pərviz Musayev iş başında olacaq.

Nəhayət, bazar günkü oyunlardan saat 14:00-da "Qəbələ" - "Keşlə" matçını Rüstəm Əfsərli, saat 18:30-da "Səbail" - "Zirə" qarşılaşmasını Şəmsəddin Abbasov şərh edəcək. 

18 Dekabr 2017
17 Dekabr 2017
B.eÇ.aÇC.aCŞB