TOP 10

Qato baş məşqçinin iradlarına münasibət bildirdi: “Ən yaxşı oyunlarımdan biri deyildi”

Futbol
Tarix: 2018-04-16 15:06

“Neftçi”nin futbolçusu Fransisko Qarsiyanın (Qato) sport24.az saytına müsahibəsi:


- Komandanın "Zirə" üzərində böyükhesablı qələbəsini gözləyirdiniz?
- Biz öz taktikamız üzərində yaxşı işləmişdik. Meydanda da deyilənləri ortaya qoya bildik. Komandamızın son nəticələri hər kəsdə özünə inam yaradıb. Bunun nəticəsidi ki, qalib gəldik. 


- 4-cü pillə uğrunda mübarizə apara bilərsiz. O baxımdan motivasiyaya təsiri oldu?
- Təbii ki. Bu da müəyyən qədər bizi motivasiya etmişdi. Bu qələbə çox vacib idi. 


- Öz oyununuzdan razı qaldınız?
- Zaman keçdikcə buraya adaptasiya olmağa çalışıram. Buna vaxt lazımdı. Meydanda nə qədər çox qalmaq şansı əldə edirəmsə, bir o qədər çox öyrəşirəm. Düşünürəm ki, özümü daha yaxşı cəhətdən göstərə bilərəm. 


- Baş məşqçi "Zirə" ilə oyundan sonra sizdən narazı qaldığını bildirdi...
- Mənim ən yaxşı oyunlarımdan biri deyildi. Baş məşqçimiz bunu daha yaxşı görür və bilir. Matçlar keçdikcə onun istədiyi səviyyədə oynayacağam. 


- Kubok matçında böyük bir üstünlük əldə etmisiniz. Səfərdə "Qəbələ" üzərində 2:1 hesablı qalibiyyət çox yaxşıdı...
- Bununla razıyam. Texniki olaraq hər şey qaydasındadı və biz rəqibdən daha üstünük. Səfərdə 2 qol vuraraq qazandığımız qalibiyyət böyük üstünlükdü. Yaxşı vəziyyətdəyik. Amma bu, səhv etməyimizə şərait yaratmamalıdı. Biz doğru yoldayıq, amma rəqibə də hörmət etməyə borcluyuq. Yolumuza davam etməliyik. Baş məşqçi komandanı yaxşı şəkildə inkişaf etdirir. 


- Azərbaycan çempionatı çətin deyil?
- Fikrimcə, yaxşı yarışdı. Rəqabət var, futbol yaxşıdı. Meydanlar normaldı və getdikcə hər şey daha yüksək səviyyədə olacaq.
 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB