TOP 10

İlqar Qurbanov finala çıxmaq üçün böyük şanslarının olduğunu düşünür: "Komandamızda konkret şansızlıq var"

Futbol
Tarix: 2018-04-16 14:00

“Komandamızda konkret şansızlıq var. Əlimizə düşən fürsətlərdən istifadə edə bilmirik. Vursaq, bəlkə də, komandaya inam gələcək”. Bu fikirləri “Qəbələ”nin futbolçusu İlqar Qurbanov Topaz Premyer Liqasının XXIII turunda evdə “Səbail” komandası ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına açıqlamasında bildirib.

 

32 yaşlı sağ cinah müdafiəçisinin fikrincə, Azərbaycan Kubokunun ilk yarımfinal matçında doğma meydanda "Neftçi”yə 1:2 hesablı məğlubiyyətdən sonra komandada ruh düşkünlüyü yaranıb: “Nə qədər olmadığını söyləsək də, ruh düşkünlüyü hiss olunurdu. Xüsusən də ilk hissədə. Amma bu, futboldu, bir yerdə dönüş etməlik. Bu baxımdan “Neftçi” ilə cavab görüşünün bizim üçün böyük şans olduğunu düşünürəm”.

 

Qurbanovun sözlərinə görə, “Səbail”lə ev heç-heçəsi “Neftçi” ilə oyunöncəsi komandaya psixoloji baxımdan mənfi təsir göstərməyəcək. Onun fikrincə, “Qəbələ” yarımfinal mərhələsinin cavab matçında qələbə qazana bilər: “Hamımız peşəkar futbolçularıq. Hansı matça necə hazırlaşacağımızı bilirik. Finala yüksələcəyimizə inanırıq. Düzdür, üstünlük “Neftçi”dədir. Səfərdə 2:1 hesabı ilə qalib gəliblər. Lakin eyni şeyi biz də rəqib meydanında edə bilərik”.

 

Qeyd edək ki, aprelin 18-də keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Bakı

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB