TOP 10

"Sumqayıt"dan azarkeşlərə təşəkkür və dəvət

Futbol
Tarix: 2018-04-16 12:35

Artıq Topaz Premyer Liqasında 2017/18 mövsümü sona çatmaq üzrədi. Sport24.az xəbər verir ki, Premyer Liqanın geridə qalan 23 turu ərzində "Sumqayıt" 11 qələbə, 6 heç-heçə və 6 məğlubiyyətə imza ataraq 39 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.

Komanda geridə qalan 23 tur ərzində cəmi 10 ev oyunu keçirib ki, bu qarşılaşmaları da ümumilikdə 14078 nəfər azarkeş oyunu tribunalardan izləyib.


“Sumqayıt” bütün azarkeşlərinə komandanı tək buraxmadıqları üçün təşəkkür edib. Həmçinin sözügedən klub bütün azarkeşlərini aprelin 18-də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşması çərçivəsində doğma meydanda baş tutacaq "Sumqayıt" - "Keşlə" matçında komandanın yanında olmağa dəvət edib. Oyun saat 17:00-da start götürəcək.


“Sumqayıt”ın doğma meydanda keçirdiyi 8 oyun üçün azarkeş sayı aşağıdakı kimidi:


1. “Sumqayıt” FK – “Kəpəz” (1326 azarkeş)
2. “Sumqayıt” FK – “Neftçi” (1500 azarkeş)
3. “Sumqayıt” FK – “Qəbələ” (1300 azarkeş)
4. “Sumqayıt” FK – “Zirə” (1300 azarkeş)
5. “Sumqayıt” FK – “Keşlə” (1200 azarkeş)
6. “Sumqayıt” FK – “Səbail” (1326 azarkeş)
7. "Sumqayıt" FK – "Neftçi" (1300 azarkeş)
8. "Sumqayıt" FK – "Qarabağ" (1326 azarkeş)
9. “Sumqayıt” FK – “Kəpəz” (1000 azarkeş)
10. “Sumqayıt” FK – “Keşlə” (2500 azarkeş)
 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB