TOP 10

"Qarabağ" ardıcıl 5-ci "qızıl"a qovuşmaq üzrə: Növbəti turda qalib gəl, çempion ol!

Futbol
Tarix: 2018-04-16 10:00

Topaz Premyer Liqasında (TPL) cari mövsümün qalibi artıq qarşıdakı turda müəyyənləşə bilər. Sport24.az xəbər verir ki, "Qarabağ"ın 201/18 mövsümünün çempionu olmasını XXIV turda, yəni sona 4 tur qalmış rəsmiləşdirəcəyi gözlənilir.

 

Bu, liderin ən yaxın izləyicisi "Qəbələ"nin ardıcıl 4-cü tur xal itirməsi, yenə 1:1 hesablı bərabərliyə qalmasından sonra gündəmə gəlib. Nəticədə Qurban Qurbanovun komandası qəbələliləri artıq 14 xal qabaqlayır. Deməli, "Qarabağ" növbəti turda aprelin 21-də "Sumqayıt"a səfərdə qalib gələrsə, "Qəbələ"nin "Neftçi"ylə "Bakcell Arena"dakı matçının nəticəsindən asılı olmayaraq əlçatmaz olacaq. Çünki Roman Qriqorçukun komandası qalib gəlsə belə, sona 4 tur qalmış 14 xallıq fərqi aradan qaldırması mümkün olmayacaq. 

 

"Qarabağ" növbəti turda heç-heçə edərsə, "Qəbələ" qalib gələrsə, xal fərqi 12 olacaq. Bunu isə sona 4 turda aradan qaldırmaq mümkündü. Üstəlik, bu komandaların Qəbələdə qarşılaşması var. "Qarabağ" Sumqayıtda xal itirsə belə, növbəti turda çempionluğunu bayram edə bilər. Bunun üçün 1 gün gözləyərək, "Qəbələ"nin xal itirməsinə ümid etməlidi. 

 

Qeyd edək ki, son 4 mövsümün çempionu "Qarabağ" ardıcl 5-ci dəfə qızıl medalçı olarsa, milli çempionatımızdakı öz rekordunu yeniləmiş olacaq. "Qəbələ"nin 2006-cı ildən fasiləsiz iştirakçısı olduğu yüksək liqada ən yaxşı nəticəsi ötən mövsüm qazandığı gümüş medal olub. 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB