TOP 10

Samir Abasovu kubok öncəsi qorxudan məqam: "Planlarımı Maksimov kimi ürəklə deyə bilmərəm"

Futbol
Tarix: 2018-04-15 20:38

"Həmişəki kimi "Keşlə” ilə oyun ağır keçdi. Sevindirici haldır ki, udduq. Amma hər iki hissədən narazı qaldıq. Yorğunuq, özümüzə gələ bilmirik. Xarakterin hesabına qalib gəldik. Amma bu bizi sakitləşdirmir. Son matçları həddindən artıq pis keçiririk”. Sport24.az xəbər verir ki, bunu "Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXIII turunda evdə "Keşlə”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

 

40 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında sualları da cavablandırıb:

- Rail Məlikovu ehtiyatda saxlayıb, 4 müdafiəçi ilə oynamaq riski deyil ki?

- Railin zədəsi vardı. "Qəbələ”də Vurğun Hüseynovu riskə atdıq, hələ də başımıza döyürük. Uşaq hələ özünə gələ bilmir. Bu gün "Sumqayıt”dan bir neçə oyunçu milliyə çağrılır. Milli də 4 müdafiəçi ilə oynayır. Bu gün sistemdə problemimiz yox idi. İlk hissədə küləyə qarşı oynayırıdıq. "Keşlə” ilə Azərbaycan Kubokunun cavab yarımfinal matçına görə bir az həyacanlanıram, həm də qorxuram.

 

- Qapıda Fərhad Vəliyevin əvəzinə Mehdi Cənnətovu oynatmağınız nə ilə bağlıdır?

- Oynamayan uşaqlar da oynamalıdır. Bizdə beyin yorğunluğu var. Uşaqlara istirahət lazımdır.

 

- "Sumqayıt” millinin sistemində oynamağa məcburdur?

- Bəlkə, yayda burda olmadım. Yeni gələn məşqçi baxacaq ki, bunlar 4 müdafiəçilə oynaya bilmirlər. Futbolçular hər bir sistemdə oynamağı bacarmalıdırlar.

 

- "Keşlə”nin baş məşqçisi Yuri Maksimov kubokun cavab matçı üçün sürprizlərinin olduğunu söylədi. Bəs, sizdə necə?

- Planlarım var. Amma mən Maksimov kimi ürəklə deyə bilmərəm. Bəlkə, ilk matçda 1:0 udub deyə, rahat şəkildə bunu söyləyə bilir.

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB