TOP 10

Yuri Maksimov: “Gücümüzü kubokdakı cavab görüşünə saxlamışıq”

Futbol
Tarix: 2018-04-15 20:22

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov Topaz Premyer Liqasının 23-cü turunda səfərdə “Sumqayıt” ilə 0:0 hesablı heç-heçədən sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ukraynalı mütəxəssis oyunu belə şərh edib:


- Üç gün öncə Azərbaycan Kubokunda üz-üzə gələn komandalar qarşılaşırdı. Deməzdim ki, ciddi hazırlaşmamışdıq. Bəzi yerli oyunçulara şans vermişdik. Gücümüzü kubokdakı cavab görüşünə saxlamışıq.


- Hakimlikdən narazı qalmadınız?
- Hakimliklə bağlı etirazım yoxdu. Necə lazımdısa, elə də idarə etdi. İkicni qolun oyundankənar epizoddan vurulduğunu söyləyirlər. Təkarara baxmaq lazımdı.


- Kubokun cavab matçında “Sumqayıt”a qarşı hansısa sürpriz olacaq?
- Heyət və taktiki planda dəyişikliklərin olması mümkündü.
 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB