TOP 10

"Kəpəz" - "Qarabağ" matçından öncə gərginlik: Polis müdaxilə etdi

Futbol
Tarix: 2018-04-14 15:52

Topaz  Premyer Liqasının XXIII turunda az sonra başlayacaq “Kəpəz” - “Qarabağ” matçından öncə gərginlik yaşanıb. Sport24.az xəbər verir ki, bu, Gəncə şəhər stadionunda hər iki komandanın azarkeşləri - “Qarabağ”ın “İmarət Tayfa” fan klubu ilə “Kəpəz”in “Xəmsə” azarkeş qrupu arasında olub.

 

Yerli azarkeşlərin oturduğu tribuna qarşısında yaşanmış gərginliyin ardından polis qonaq komandanın fanatlarını həmin yerdən uzaqlaşdırıb. Bu müdaxilədən sonra “Qarabağ”lı tərəfdarlar onlar üçün ayrılmış tribunaya yollanıb.

 

Matç saat 16:00-da başlayacaq.

 

ƏKBƏR AĞAZADƏ, Gəncə

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB