TOP 10

Qazaxıstanlı futbolçu "Qarabağ"da

Futbol
Tarix: 2018-04-13 23:00

Qazaxıstanlı futbolçu Akif Həsənov "Qarabağ"ın düşərgəsində yer alıb. Sport24.az bu ölkənin tanınan Sports.kz saytına istinadən xəbər verir ki, Karaqanda futbolunun yetirməsi, 21 yaşlı yarımmüdafiəçi hazırda Topaz Premyer Liqasının liderinə lazım olduğunu sübuta yetirməyə çalışır. 

 

Bildirilir ki, Akif bu gün "Qarabağ"ın əvəzedici heyətiylə məşq edib. Ancaq "transfer pəncərəsi" hazırda bağlı olduğundan, Həsənov yayadək Ağdam klubuyla müqavilə imzalaya bilməz. Əvvəllər Karaqanda "Şaxtyor"unun əvəzedici heyətində və digər Qazaxıstan klublarında çıxış edən Akif Gürcüstan "Qardabani"sində də forma geyinib. O, ötən qış fasiləsində Pavlodar "İrtış"ıyla təlim-məşq toplanışında olsa da, bu klubla müqavilə bağlaya bilməyib.

 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB