TOP 10

Avroliqada yarımfinal cütləri müəyyənləşdi

Dünya Futbolu
Tarix: 2018-04-13 14:14

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, “Olimpik” (Marsel, Fransa), “Zalsburq” (Avstriya), “Atletiko” (İspaniya) və “Arsenal” (İngiltərə) finala gedən yolda rəqiblərini tanıyıblar. Püşkatmada hər bir komanda digəri ilə düşə bilərdi.


UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatma mərasimində Marsel "Olimpik"i "Zalsburq"la, Madrid "Atletiko"su isə "Arsenal"la düşüb.


Yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-da, cavab qarşılaşmaları isə mayın 3-də keçiriləcək. Avroliqanın cari mövsümünün final oyunu mayın 16-da, Fransanın Lion şəhərində baş tutacaq.


Avropa Liqası
Yarımfinal


Olimpik (Marsel, Fransa) - Zalsburq (Avstriya)
Arsenal (İngiltərə) - Atletiko (İspaniya)

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB