TOP 10

"Kobra" Moskvada qələbə qazanacağına inanır: "Çeçen rəqibimi hücumla "sındırmaq" istəyirəm"

Digər
Tarix: 2018-04-13 12:40

"Qəbələ" İdman Klubunun (İK) idmançısı, əməkdar idman ustası, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu, Bakıda keçirilən IV İslam Oyunlarının uşu sanda üzrə bürünc mükafatçısı, "Kobra" ləqəbi ilə tanınan Pərviz Abdullayev növbəti döyüşünə çıxacaq. Sport24.az xəbər verir ki, aprelin 20-i Moskvada keçiriləcək mötəbər "ACB KB 15" turnirində Pərviz 77 kq çəki dərəcəsində dünya kəməri ugrunda mübarizə aparacaq. Döyüşçümüzün rəqibi çeçenəsilli Rusiya idmançısı İslam Baybatırov olacaq. 

 

Vacib qarşılaşma ilə bağlı bu gün mətbuat konfransı keçirib. Boks Federasiyasının Mətbuat Zalında keçirilən konfransı giriş sözüylə açan "Qəbələ" İK-nın digər idman növləri üzrə koordinatoru Səbuhi Qarayev Abdullayevin uğurlarından danışıb və klubda bütün növlərə diqqət ayrıldığını qeyd edib. Titullu idmançımız döyüşün Bakıda keçirilməsi təklif olunduğunu bildirib: "Ancaq həm ölkəmizdəki prezident seçkiləri, həm də  "Formula-1" yarışları səbəbindən alınmadı. Buna rəğmən, Vətəndən kənardakı qarşılaşma da problem olmayacaq. Çünki Abdullayev səfərdə döyüşməyi sevir". .

 

Abdullayev döyüşə hazırlığı haqda məlumat verib: "Bu, kəmər uğrunda 5-ci qarşılaşmamdı. Bu dəfə 5 raund döyüşəcəm və bu həmişə çətin olur. Tam gücümlı hazırlaşmışam. Qələbə qazanmaq üçün üçün rəqibdən bir deyil, iki dəfə güclü olmalısan. Döyüş üçün 2 aydan artıqdı hazırlıq keçmişəm. Bu müddətdə sparrinq döyüşlərim də olub. Bakıda və Qəbələdə təlim-məşq toplanışları keçmişəm. Hücum döyüşünü sevirəm. Bu dəfə də taktikam belə olacaq".

 

Döyüşçümüz rəqibi haqda lazımı məlumatlar topladığını da qeyd edib: "İslam son 6 qarşılaşmasını nokautla udub. Amma özümə güvənirəm. Rəqibimi hücumla “sındırmaq” istəyirəm. Bu döyüşdən sonra yenidən "Qlory"də döyüşəcəyimə inanıram. Məğlub olduğum rəqiblərdən türkiyəli Adəm Bozkurtla yenidən qarşılaşmaq var". 

 

 Abdullayevin meneceri Faiq Abdullayev isə Moskvada Azərbaycan diasporunun Pərvizə dəstək olduğunu və döyüşün Rusiyanın 2 telekanalı ilə canlı yayımlanacağını açıqlayıb.

 

Qeyd edək ki, bu, Pərvizin peşəkar karyerasındakı 53-cü döyüşü olacaq. O, öncə keçirdiyi döyüşlərdə 22-si nokautla olmaqla, 46 qələbə qazanıb.

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB