TOP 10

Arif Əsədov: "Hazırda qarşımıza Premyer Liqaya çıxmaq və mütləq ilk 2 yeri tutmaq kimi vəzifə qoyulmayıb"

Futbol
Tarix: 2018-04-13 10:00

"Sabah" qış fasiləsindən sonra "Xəzər"dən yenə 0:1 hesablı məğlubiyyət alıb. Bu dəfə rəqibinə evdə yenilən Arif Əsədovun komandası ilk "3-lüy"ə düşmək uğrunda mübarizədə işini çətinləşdirib. Əsədov Sport24.az-a müsahibəsində son məğlubiyyəti, Premyer Liqaya çıxmaq şanslarını dəyərləndirib.

 

- Məğlubiyyətə səbəb nə oldu?

- Meydana qələbə üçün çıxmışdıq. Üstəlik, doğma meydanda oynayırdıq. “Xəzər”in güclü və zəif tərəflərini təhlil etmişdik. İlk dəqiqələrdən komanda verilən tapşırığa əməl etdi. Həm oyuna nəzarət edirdik, həm də təhlükəli epizodlar yarada bildik, sadəcə o epizodları qola çevirə bilmədik. Bundan əlavə, Məhəmməd Qurbanovun erkən zədələnib meydanı tərk etməsi sistemdə dəyişikliyə səbəb oldu. Buna baxmayaraq, hər iki hissədə oyuna diqtə edən tərəf idik. Sadəcə, heç-heçə bizə sərf etmədiyindən matçın sonlarına doğru irəli atıldıq. Bu da arxada boşluqlar verməyimizə səbəb oldu. Həmin boşluqlardan istifadə edən rəqib qələbə qazanmağa müvəffəq oldu.

 

- Ardıcıl 7 oyunluq məğlubiyyətsi seriyanın ardından “Sabah” ardıcıl 2 oyundur məğlub olur. Ötən tur məğlub olmağınız komandaya bugünkü oyunda da psixoloji cəhətdən təsir etdimi?

- Komandada psixoloji problemlərin olmasını düşünmürəm. Sadəcə, futbolda belə əğlubiyyətlər baş verir. Məsələn, götürək elə “Mançester Siti”ni. Mövsüm ərzində bütün komandalara qalib gəldi, amma son 3 oyundur məğlub olur. Yəni futbolda belə hallarla rastlaşmaq mümkündü. Əsas odu ki, “Sabah” futbol oynayır. Futbolçular sistemə uyğunlaşmağı bacarıblar. Sadəcə vaxt amili və bunları mövsümün gedişində etməyimiz bizə problem yaratdı. Düşünürəm ki, oyunumuzu tapmışıq və qarşıdakı turlarda da istədiyimiz nəticələri əldə etməyə çalışacağıq.

 

- Sona 4 tur qalıb. “Sabah”ın qarşıdakı 4 turda hədəfi nədir?

- Hazırda qarşımıza Premyer Liqaya çıxmaq və mütləq ilk 2 yeri tutmaq kimi vəzifə qoyulmayıb. İstəyərdik ki, ilk 3-lük uğrunda mübarizə aparaq. Amma ilk dövrədə itirdiyimiz xallar buna mane olur. Çünki ilk dövrəyə baxanda bu dövrə daha çox xal qazanmışıq.

 

- Mövsümü neçənci pillədə bitirməyi planlaşdırırsınız?

- Qarşıda 4 tur var və o matçlarda qələbə qazanmağa çalışacağıq. 4-5-ci yerləri tutmağa şansımız var.

 

ƏKBƏR AĞAZADƏ

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB