TOP 10

"Sumqayıt" avrokuboklar üçün 2 stadion sifariş edib

Futbol
Tarix: 2018-04-11 10:35

"Sumqayıt" avrokubokların 2018/19 mövsümünə vəsiqə qazanacağı halda ev oyunlarını keçirəcəyi stadionla bağlı UEFA-ya sifarişini edib. Klub prezidenti Riad Rəfiyev Sport24.az-a açıqlamasında Bakıdakı 2 arenanın adını göndərdiklərini bildirib: "Bunlar "Dalğa Arena" və "Bayıl Arena"dı. Hər iki stadionu sifariş etmişik. İnşallah, avrokuboklara çıxsaq, ev oyunlarımızı bu arenaların birində keçirəcəyik".

 

Komandanın öz stadionu olan Sumqayıtdakı "Kapital Bank Arena" beynəlxalq oyunlar keçirmək üçün UEFA tərəfindən qəbul olunmayıb. "Bayıl Arena"da 2013-cü ildə "İnter" (hazırkı "Keşlə") Avropa Liqasının təsnifat mərhələsi matçlarını keçirib. Bu arena I və II təsnifat mərhələsi oyunları üçün icazəlidi. Mərdəkandakı "Dalğa Arena"da isə Çempionlar Liqası və Avropa Liqasının bütün təsnifat mərhələsinin matçlarının keçirilməsi mümkündü. "Qarabağ" hətta 2016-cı ildə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ını bu stadionda qəbul edib.

 

Qeyd edək ki, çempionatda 3-cü yerdə gedən, ölkə kubokunun yarımfinalında çıxış edən Samir Abasovun komandası hər iki turnirdən Avropa Liqasına çıxmaq imkanına malikdi. 

 

MEHMAN SÜLEYMANOV 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB