TOP 10

Yunis Hüseynov: "Ona pul cəzası kəsiləcək"

Futbol
Tarix: 2018-04-01 17:21

Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində “Zirə”ni qəbul edən “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov matçsonrası mətbuat konfransı keçirib. Sport24.az-ın Gəncəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, çalışdırıcı əvvəlcə oyun haqda fikirlərini bildirib.

 

-    Fasilə yaranmışdı. Məşqləri Bakıda davam etdirdik. Təəssüf ki, bu müddətdə yoxlama görüşü keçirə bilmədik. Elə buna görə də ilk yarıda bir qədər axsamalar oldu. Fasilədən sonra pis oynamadıq. Amma 85-ci dəqiqədən sonra qol buraxa bilərdik. Bilirsiniz də bu son 5 dəqiqə söhbətini. Təəssüf ki, Manjqaladze sarı vərəqə aldı və cəzalı duruma düşdü. Demişdim ki, Gəncədə məskunlaşmağımızı istəyirəm. İki gündən sonra Gəncəyə qayıdıb, növbəti tura hazırlaşacağıq.

 

-    Olmazmı ki, komanda heç Bakıya qayıtmasın?
-    Bir sıra legionerimizin ailəsi Bakıda qalır. Sabah istirahət günüdü. Buna görə də qoy dincəlsinlər.

 

-    Roman Hüseynov əvəzlənərkən meydanı əsəbi şəkildə tərk etdi. Hətta Siz əl uzadanda əlinizi candərdi sıxdı.
-    Ola bilməz ki, kimsə mənə etiraz etsin. Bütün diqqətim oyunda idi, amma düşünmürəm ki, belə bir şey etsin.

 

-     Manjqaladze cəzalı duruma düşdü. Ancaq bu, oyun epizodunda yox, hakimlə danışığa görə oldu. 
-    Buna görə pul cəzasına məruz qalacaq.

 

-    Oyunun son dəqiqələrində futbolçularınıza top saxlamağı tapşırdınız. Bu, yetirmələrinizin yorğunluğu ilə bağlı idi?
-    Xeyr, sadəcə, 4 oyunda 85-ci dəqiqədən sonra qol buraxmağımızı xatırlayırdım. Ancaq diqqət yetirdinizsə, final fiti səslənərkən biz hücumda idik. Yəni yorğunluqdan söhbət gedə bilməzdi.

 

CEYHUN ƏLİYEV
 

25 Aprel 2018
24 Aprel 2018
B.eÇ.aÇC.aCŞB