TOP 10

“Sumqayıt” “Neftçi” ilə oyun üçün hazırlığa başladı

Futbol
Tarix: 2018-02-13 14:45

Ötən turda “Zirə” ilə qarşılaşmanın ardından 1 günlük istirahətə buraxılan “Sumqayıt” bu gündən məşqləri bərpa edib. Sport24.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında saat 11:00-da doğma arenada məşqə çıxıb.

Bərpa prosesi keçən Elnur Abdullayev fərdi hazırlıqla kifayətlənib. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.


Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” qarşılaşması 17 fevral saat 18:30-da “Sumqayıt Arena”da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.
 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB