TOP 10

"Dinamo"nun müqaviləsini pozduğu seneqallı hücumçunun "Neftçi"yə icarəyə verilmək variantı var"

Futbol
Tarix: 2018-02-13 10:54

"Neftçi" heyətinə daha bir legioner cəlb edə bilər. Sport24.az xəbər verir ki, Rusiya mətbuatı Moskova "Dinamo"sunun icarə müqaviləsini qarşılıqlı razılıqla pozduğu seneqallı hücumçu Xali Tiamın Bakı klubunda oynamaq variantının olduğunu yazıb.

 

Bildirilir ki, futbolçunun müqavilə ilə məxsus olduğu Macarıstan MTK-sı onun xidmətində hələ ki maraqlı deyil: "Bu üzdən macarlar Tiama yeni komanda axtaracaq. Variantlardan biri "Neftçi"də icarə əsasında oynamaqdı". 

 

24 yaşlı futbolçunun yunan agenti Panikos Makedonas bildirib ki, MTK onu geri qaytarmaqda maraqlı deyil. "Dinamo"nun yay transfer dövründə icarəyə götürdüyü afrikalı forvard onun heyətində Rusiya Premyer Liqasında 6 oyun keçirib. Tiam 2017-ci ilin oktyabrın 14-dən bu yana, Mosksva kubunun baş məşqçi postunda Dmitri Xoxlov debüt edəndən sonra sonra oynamayıb və qış təlim-məşq toplanışında da iştirak etməyib. 


2014-cü ildə MTK-ya keçən Xali həmin dövrdən "Çikaqo", "Qaziantepspor" və "Dinamo"da icarə əsasında çıxış edib.

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB