TOP 10

Cavid İmamverdiyev: "Bizim hədəflər başqadı"

Futbol
Tarix: 2018-02-13 13:00

"Qış fasiləsindən sonra ilk oyunda qalib gəlmək istəyirdik. Buna görə də Zirədəki nəticədən razı qalmadım. Düşünürəm ki, bu oyunu udmalı idik". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Cavid İmamverdiyev bildirib. "Gənclik şəhəri"nin təmsilçisi Topaz Premyer Liqasının XV turunda "Zirə"ylə səfər matçında hesabı açan tərəf olsa da, sonda 1:1-lik bərabərliklə razılaşmalı olub. 

 

Cavidin fikrincə, səfərdə güclü komandaya qarşı oynadıqlarını nəzərə alsaq, 1 xal da pis nəticə deyil: "Bu, futboldu, bir də görürsən ki, qol vurmağın alınır, bir də görürsən ki yox. İlk hissədə qol imkanlarımız daha çox oldu. Ancaq fasilədən sonra rəqibin qol imkanları yetərincə idi. Sözün açığı, bəxtimiz gətirdi. "Zirə" də mübariz, medallar uğrunda oynayan komandadı. Ancaq istənilən halda, qalib gəlməli idik və bunun üçün əlimizdən gələni etdik. Ancaq futbolda bütün qol imkanlarını reallaşdıra bilmirsən".

 

İmamverdiyev buraxdıqları qolda aşkar səhvi olan təcrübəli qapıçısı Fərhad Vəliyevə dəstək olub: "Fərhad yaxşı qapıçıdı. Ola bilər ki, hava mübarizəsi zamanı yaranan qarışıqlıqda zərbəni yaxşı görə, konsetrasiya ola bilmədi. Oyun tək qapıçıdı aslıldı. Biz bir komandayıq, kollektivik. Nəticədən asılı olmayaraq, bunda hamımızın payı var. Uğurda da, uğusuzluqda da".

 

Məlum olduğu kimi, "Sumqayıt" ölkə kubokunun yarımfinalına çıxıb və ordan Avropaya yolu daha yaxındı. Ancaq millimizin də üzvü olan təcrübəli yarımmüdafiəçi indi daha çox bu turnirə konsetrasiya olmadıqlarını söyləyib: "Bizdə elə bir şey yoxdu ki, kuboku çempionatdan ayıraq, ona daha çox motivasiya olaq. Hər iki yarışda sonadək mübarizə aparacağıq. Əsas odu ki, hər növbəti oyuna baxaq, qələbə üçün köklənək, əzmkar mübarizə aparaq, "Zirə"ylə matçı unudub, növbəti turda "Neftçi" ilə qarşılaşmaya yaxşı hazırlaşmalıyıq. Bizim hədəflər başqadı. Avropa Liqasına düməyə oynayırıq. Belə matçlarda gərək mütləq qələbə qazanaq, 3 xal götürək. Meydanda komandama kömək etmək üçün əlimdən gələni edirəm. Klubumuz üçün nəticə qazanmaq bizim üçün vacibdi".

 

MEHMAN SÜLEYMANOV 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB