TOP 10

Futbol tarixinin ən bahalı komandaları açıqlandı

Dünya Futbolu
Tarix: 2018-02-13 11:40

Heyətindəki oyunçuların transfer haqqı üçün 878 milyon avro xərcləyən İngiltərənin “Mançester Siti” klubu tarixin ən bahalı komandası ünvanına sahib çıxıb. Sport24.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES), Avropanın 5 ən böyük liqasında (İspanya La Liqası, İngiltərə Premyer Liqası, Almanya Bundesliqası, İtaliya A Seriyası və Fransa Liqa 1) mübarizə aparan 98 komandanın heyətini dəyərləndirib.


Siyahıda ikinci yeri Fransanın PSJ klubu tutur - 805 milyon avro. İngiltərənin “Mançester Yunayted” klubu (747 milyon avro) üçüncüdü.


İspaniya nəhənglərindn “Barselona” (725 milyon avro ilə 4-cü pillə) və “Real”ın (497 milyon avro ilə 6-cı pillə) ilk üçlüyə düşə bilməməsi diqqət çəkib.


Heyətini ən ucuz futbolçulardan quran komanda Fransanın “Trua” klubudu. Bu komanda indiki heyətini formalaşdırmaq üçün cəmi 2 milyon avro xərcləyib.


İngiltərə Premyer Liqası iştirakçıları orta hesabla 291 milyon avroluq heyət qurublar ki, bu baxımdan sözügedən ölkə digərlərini qabaqlayır. Sonrakı yerləri İspaniya La Liqası (131 milyon avro), İtaliya A Seriyası (124 milyon avro), Almaniya Bundesliqası (113 milyon avro) və Fransa Liqa 1-i (97 milyon avro) tutur.


İlk “onluq”da qərarlaşan klublar isə bunlardı:

1. Mançester Siti (İngiltərə): 878 milyon avro
2. PSJ (Fransa): 805
3. Mançester Yunayted (İngiltərə): 747
4. Barselona (İspaniya): 725
5. Çelsi (İngiltərə): 592
6. Real (Madrid, İspaniya): 497
7. Liverpul (İngiltərə): 461
8. Yuventus (İtaliya): 448
9. Arsenal (İngiltərə): 403
10. Everton (İngiltərə): 365
 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB