TOP 10

Dabonun zədəsinə aydınlıq gəldi: "Onun növbəti turadək tam sağalacağına zəmanət verə bilmərəm"

Futbol
Tarix: 2018-02-12 16:01

"Qəbələ"nin legioneri Baqali Dabonun zədəsinə aydınlıq gəlib. Klubun həkimi Roman Jolobaylyuk Topaz Pemyer Liqasının XV turunda "Qarabağ"la səfər matçında aldığı xəsarət üzündən artıq 13-cü dəqiqədə əvəzlənən fransalı legioneri bu gün MRT müayinəsindən keçirdiklərini bildirib. 

 

Nəticəyə əsasən məlum olub ki, Dabonun bir müddət müalicəsinə ehtiyac var. Bu da Baqalinin ayağında möhkəm əziyin aşkarlanmasıyla bağlıdı: "Yanılmıramsa, rəqib futbolçu dizindən ona zərbə vurdu. Ayağında gematop yaranıb və onun aradan qaldırmaq lazımdı. Ancaq bu, elə zədədi ki, 5 günə sağalması mümkünsüzdü. Növbəti turdakı oyunumuz isə artıq bu şənbədi. "Zirə"ylə həmin qarşılaşmamıza vaxt az qaldığından, Dabonun tam sağalacağına zəmanət verə bilmərəm. Buna görə də Baqali həmin oyunu buraxacaq. Sonrakı matçadək isə tam sağalacağı gözlənillir. Artıq bu gün instensitiv müalicəsinə başlamışıq. Bu müddətdə fərdi məşqlərdən də kənarda qalacaq. Üç gündən sonra fizioterapiyaya başlayacağıq. Tam hazır olanda komandayla birgə toplu çalışmalara başlayacaq və beləliklə, oynamaq şansı yaranacaq".

 

MEHMAN SÜLEYMANOV 

 

 

  

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB