TOP 10

“Neftçi”nin 5 futbolçusunda kəskin respirator aşkarlandı, oyun təxirə salındı

Futbol
Tarix: 2018-02-12 15:25

Futzal üzrə Yüksək Liqanın 15-ci turu çərçivəsində keçirilməli olan “Neftçi” İK – “Yasamal” İK oyunu təxirə salınıb. Sport24.az xəbər verir ki, buna “Neftçi”nin 5 futzalçısının səhhətində problem yaranması səbəb göstərilir.

Belə ki, bu gün müayinədən keçən komandanın üzvlərində kəskin respirator xəstəliyi aşkarlanıb və həkim oyunçuların azı 1 həftə yataq rejimində qalmalı olduğunu bildirib. Bunu nəzərə alan futzal federasiyası “Neftçi” İK – “Yasamal” İK oyununu qeyri-müəyyən vaxta təxirə salıb. 


Digər 2 oyun əvvəlcədən təyin edildiyi vaxtda başlayacaq.


Yüksək Liqa
15-ci tur


“Araz” – EKOL
14 fevral. Bakı İdman Sarayı. Saat 14:30


“FK.İD.Futsal” – “Marafon Futsal”
14 fevral. Bakı İdman Sarayı. Saat 16:00
 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB