TOP 10

Topaz Premyer Liqasında iki ölkə debüt etdi

Futbol
Tarix: 2018-02-12 11:28

Topaz Premyer Liqasının XV turu iki ölkədən olan futbolçuların Azərbaycanda debütü ilə əlamətdar olub. Sport24.az xəbər verir ki, 1992-ci ildən keçirilən milli çempionatımız tariixndə ilk dəfə Trinidad və Tobaqo ilə Qambiyadan olan oyunçular meydana çıxıblar.

 

“Zirə”nin futbolçusu Uilyams Evans “Sumqayıt”la ev oyununda debüt edib. 24 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarının 26 illik tarixinə Trinidad və Tobaqonu təmsil edən ilk futbolçu kimi düşüb. Onadək bu ölkədən heç bir oyunçu Premyer Liqada çıxış etməmişdi. Trinidad və Tobaqo Azərbaycan çempionatlarında futbolçu ilə təmsil olunan 80-ci ölkədi. Bir gün sonra Uilyamsın həmyerlisi Şadon Vinçester “Kəpəz”də debüt etsə də, ilk ünvanına “Zirə”nin oyunçusu yiyələnib.

 

“Keşlə”nin üzvü Ebrima Sohna isə ilk qambiyalı olub. 30 yaşlı yarımmüdafiəçi “Səbail”lə ev oyununda debüt edib. Bununla da Qambiya Premyer Liqada 81-ci ölkə olub.

 

Bu rəqəm XV turadək sonradan bir neçə yerə bölünən ölkələri də (yəni 2006-cı ilədək mövcud olan Serbiya və Monteneqro, bölündükdən sonrakı Serbiya, Monteneqro ayrı ölkələr kimi qəbul olunur) nəzərə almaqla 79-a bərabər idi.

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB