TOP 10

"Neftçi"nin "Qato"su tez uyğunlaşmasının sirrini açdı: "Gözlədiyimdən daha effektli futbol gördüm"

Futbol
Tarix: 2018-02-11 23:44

Topaz Premyer Liqasında XV tura yekun vuran matçda "Neftçi" "Kəpəz"i qəbul edib. "Bakcell Arena"da meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdə "Neftçi"nin yeni transferi, "Qato" ləqəbli paraqvaylı yarımmüdafiəçi Fransisko Qarsiya Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə media nümayəndələrinin suallarını cavablandırıb.

 

- "Neftçi" istədiyin oyunu göstərə bildimi?

- Uzun yolun başlanğıcıdı. İnanıram ki, növbəti oyunlarda istədiklərimizi daha yaxşı yerinə yetirə biləcəyik.

 

- Meydanda istədiyi kimi oynaya bilirdin və ən yaxşılardan biri idi. Belə tez uyğunlaşmağına nə kömək oldu?

- Komandamızda birlik var. Bundan əlavə, baş məşqçi mənə ilk gündən etimad göstərir. Çalışıram ki, buna meydanda cavab verim.

 

- Dediyiniz kimi, uzun yolu başlanğıcındasınız. Bu uzun yolun sonunda hansı nəticəni gözləyirsiniz?

- Çalışacağıq ki, hər oyun daha artırıb qələbələri sıralayaq. Baş məşqçinin də verdiyi tapşırıqları düzgün yerinə yetirək və qarşımıza qoyulan məqsədlərə çataq.

 

- "Neftçi" yoxlama oyununda olsa belə 1:8 hesabı ilə uduzdu. Bu nəticə karyerasında ilk idi, yoxsa daha öncə belə məğlubiyyət yaşamışdı?

- Xeyr, belə nəticə olmayıb. Amma bu, futboldu və belə nəticələr baş verir. Buna görə ruhdan düşmək olmaz. İrəliyə baxıb öz üzərimizdə işləmək lazımdı.

 

- Yəqin ki, çempionatımızda dünənki oyunları izləmisiniz. Qarşılaşmalar gözlədiyiniz səviyyədə idimi?

- Yox, əksinə, gözlədiyimdən daha effektli futbol gördüm. Bütün komandalar sona qədər mübarizə aparır və bir çoxunun səviyyəsi eynidi. Göründüyü kimi, bizi çətin yol gözləyir. Çalışacağıq ki, bu yolda uğurla irəliləyək.

 

- Artıq çəkidən əziyyət çəkən hücumçunu topla təmin etmək nə dərəcədə çətindi?

- Hər futbolçunun öz oyun üslubu var. Mənim də üzərimə düşən odu ki, hücumçuları topla təmin edim. Üzərimə düşəni edirəm və demək olar, bu gün çətinlik görmədim.

 

ƏKBƏR AĞAZADƏ

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB