TOP 10

Şeydayev “Qarabağ”da qol hesabını açdı

Futbol
Tarix: 2018-02-11 22:30

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında qış fasiləsi yekunlaşıb. Sport24.az xəbər verir ki, bu gün 15-ci tura start verilib. İlk oyun günündə iki görüş baş tutub.


“Zirə” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib. “Qarabağ” isə doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Səkkiz qolun qeydə alındığı qarşılaşma Ağdam təmsilçisinin 5:3 qələbəsiylə başa çatıb. Ramil Şeydayev ötən yaydan şərəfini qoruduğu 2Qarabağ"da qol hesabını əvəzedici komandasına açıb. 


Əvəzedicilərin çempionatı
15-ci tur

11 fevral


“Zirə” – “Sumqayıt” 1:1
Qol: Sahil Cəfərov, 7 - Elvin Nəsibov, 82.


“Qarabağ” – “Qəbələ” 5:3
Qol: Ramil Şeydayev, 21. Ağabala Ramazanov, 34; 45. Salman Cəfərov, 47. Famil Camalov, 61 - Kamran Quliyev, 38. Elvin Məmmədov, 85; 87.
 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB