TOP 10

Kamran Ağayev: "Kobud səhvə yol verdim"

Futbol
Tarix: 2018-02-11 19:00

"Əlbəttə. ilk oyunda nəticə qazanmaq istəyirdik. Uda da bilərdik, uduza da. Uyğunlaşma baxımından problem də olması mümkün idi". Sport24.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin qapıçısı Kamran Ağayev Topaz Premyer Liqasının XV turunda evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra bildirib. Təcrübəli qapıçı buraxdığı qolda səhvini etiraf edib: "Oyunumdan narazı qaldım. Buraxdığım qolda çox kobud səhvə yol verdim. Rəqibə qol imkanı verdim  Futbolda hər şey mümkündü. Əsas odur ki, toparlanaraq, komandaya kömək edə bildik. Növbəti oyunlarda oyunlara müsbət nəticə əldə edəcəyimizə inanıram. 

 

Ağayevin fikrincə, "Keşlə"nin hazırkı heyəti daha yaxşı nəticə göstərməyə imkan verir: "Klubun 20 futbolçusu olur, zədə problemi var. Hər oyuna baş məşqçi bir heyət buraxır. Özümüzə inanmasaq, bu sənətlə niyə məşğul oluruq ki?"

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB