TOP 10

Samir Əliyev: “İstədiyimiz səviyyədə deyilik”

Futbol
Tarix: 2018-02-11 17:26

Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə “Keşlə” ilə bərabərə qalan (1:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransı təşkil edilib. Sport24.az xəbər verir ki, Əliyev əvvəlcə oyunla bağlı fikirlərini bildirib:


- Adətən, qonaq komanda mətbuat konfransına daha tez gəlir. Siz isə bir qədər gec gəldiz. Gecikməyə səbəb nə idi?
- Komanda rəhbərliyi paltardəyişmə otağına gəlmişdi. Onlarla danışırdıq. Gecikməyə səbəb bu idi. 


- Komandadan razı qaldız?
- Yeni sistemlə çıxış edirik. Heyətdə yeni futbolçular var. İstədiyimiz səviyyədə deyilik. Anlaşma o səviyyədə deyil. İnanıram ki, oyundan-oyuna düzələcək. Düzdü, nəticə də lazımdı, ancaq nəticədən də əsas komanda formalaşdırmaqdı. Biz Premyer Liqada yeni komandayıq. Çalışırıq ki, növbəti mövsüm üçün yaxşı komanda formalaşdıraq.


- Bu gün yeni sistemlə çıxış etdiz. Bütün oyunlarda bu sistemdən istifadə edəcəksiz?
- Çox çətin sistemdi. Hələ bu barədə qərar verməmişəm.


- Vüqar Nadirov qol epizodunu qaçırdıqdan sonra onu əvəzlədiz. Bu, həmin epizodla bağlı deyildi ki?
- Yox, əvəzetmələri əvvəlcədən planlaşdırmışdıq. İstəyirdim ki, yeni oyunçulara da şans verim,


- Bu gün Kərim Diniyevi yeni mövqedə sınadız...
- Kərim komandaya yeni gələndə onunla danışdıq və o həmin mövqedə çıxış edə biləcəyini dedi. Onun üçün yeni mövqedi, inanıram ki, gələcəkdə hər şey öz qaydasına düşəcək.
 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB