TOP 10

Tural Axundov baxımlı qoluna sevinir: "İlk hissədəki şanslarımızdan istifadə etsəydik, sonluq xeyrimizə olardı"

Futbol
Tarix: 2018-02-11 10:36

"Oyuna yaxşı hazırlaşmışdıq. Qəbələ qazanmaq istəyirdik. Meydana 3 xal üçün çıxmışdıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Tural Axundov bildirib.

 

Topaz Premyer Liqasının XV turunun açılış matçında "Zirə"nin qonağı olan Samir Abasovun komandası 1:1 hesablı bərabərliyə qalıb. Axundovun fikrincə, ilk hissədə daha yaxşı təsir bağışlayıblar: "Fasilədə baş məşqçimizin tapşırığı əvvəl verdiklərii oldu. Sadəcə, elə oldu ki, müdafiədə "oturduq". İkinci hissədə də rəqib qapısına yol tapmaq imkanlarımız vardı. Ancaq ilk hissədə qol imkanlarımız daha çox oldu. Ancaq təəssüf ki, lazımınca istifadə edə bilmədik. İlk hissədə əlimizə düşən şanslardan istifadə etsəydik, sonluq bəlkə də xeyrimizə olardı. Əlimizdən gələni etdik ki, qələbə qazanaq, xal ehtiyatımızı daha çox artıraq. Oyunda hesabı da biz açdıq, ancaq tezliklə öz qapımızda qol gördük. Sonda 1:1 hesabı qeydə alındı. Bu da pis nəticə deyil. Əlbəttə, qələbə daha yaxşı olardı. Ancaq səfərdən 1 xalla qayıtmaq da qənaətbəxşdi".

 

Tural cari mövsümdən şərəfini qoruduğu "Sumqayıt"da 2-ci qolunu vurub. Ancaq fərq ondadı ki, bu dəfə penaltidən yox. oyundan: "Oyunun videoyazısına baxım, sonra qolumu dəyərləndirərəm (gülür). Məncə, baxımlı qol alındı. Seviriəm ki, bu il çempionatda ilk qolun müəllifi oldum. Düzdür, qollarda həm bizim, həm də rəqibin qapıçıların  səhvi oldu. Ancaq futbolda bu, normal haldı. Qapıçının üstünə düşməyi düzgün saymıram. Hamının səhvi ola blər. Bu, qaçılmazdı".

 

"Sumqayıt" Antalyada yoxlama matçlarında baxımlı oyunuyla diqqət çəkmişdi. Bu, xüsusilə Rusiya Premyer Liqasının "Anji"ylə matçda olmuşdu. Müdafiəçinin fikrincə, qış hazırlıq dövründəki fiziki yükləmələr də öz sözünü deyə bilər: "İki aylıq fasilədən sonra ilk oyundu. Ola bilər ki, ağır yükləmələrin də təsiri olsun. İlk matçlar ümumiyyətlə, həmişə çətin olur. Bunun da nəticəsi oldu ki, oyun tam istədiyimiz kimi alınmadı, qol imkanlarından istifadə edə bilmədik. Kubokda da mübarizəmizi davam etdiririk, yarımfinala çıxmışıq. Əlbəttə, iki cəbhədə mübarizə aparmaq çətin olacaq. Əlimizdən gələni edəcəyik ki, həm finala çıxaq, kuboku qazanaq, həm də çempionatda yerimizi möhləmləndirək. Qış fasiləsində transferilərimiz də oldu, bu, yaxşı təsir göstərir. Ehtiyat qüvvəmiz bir qədər də artıb. Ola bilər ki, hələ komandaya tam uyğunlaşmayıblar. Məncə, yeni futbolçularımız tezliklə adaptasiya olacaqlar".

 

ƏKBƏR AĞAZADƏ

 

 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB