TOP 10

Təmkin "Qəbələ"nin əsas heyətində yer alacağına əmindi: "Burda gözləmirdim ki, o dəqiqə 90 dəqiqə oynayacam"

Futbol
Tarix: 2018-02-11 00:27

"Qəbələ" köklü, çempionluğa oynayan klubdu. Burda gözləmirdim ki, o dəqiqə əsas heyətdə 90 dəqiqə oynayacam". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin heyətində rəsmi debüt edən futbolçusu Təmkin Xəlilzadə "Qarabağ"la qolsuz bərabərliklə nəticələnən oyundan sonra bildirib.

 

Qış fasiləsində "Zirə"dən transfer olunan millimizin üzvü hələ də yeni klubunda əsas heyətdən yer almır. Halbuki, böyük ümidlərlə alınan gənc sol cinah oyunçusunun "qırmızı-qaralar"da start heyətdə yer alacağı gözlənilirdi. Ancaq Təmkin Antalyadakı demək olar bütün yoxlama oyunlarında da sonradan meydana çıxıb. Bu, Xəlilzadə üçün gözlənilməz deyilmi? Futbolçunu dinləyək: "Düzdü, "Zirə"də əsas heyətdə oynamağa öyərşmişdim. Bütün matçlarda 90 dəqiqə çıxış edirdim. Deməzdim ki, əsas heyətdən kənarda qalmağım Antalyadakı qola çevirə bilmədiyin penalti epizoduyla bağlı idi. Bu, sadəcə, yoxlama oyunu idi. Penatini vurdum, qapıçı zərbəni qaytardı. İnşallah, oyundan-oyuna əsas heyətdə yerimi tapacam. Hər şey özümdən asılıdı. Mənə 1-2 oyun vaxt lazımdı. Əsas heyətdə məni görəcəksiniz".  

 

25 yaşlı Xəlilzadə hazırkı ukraynalı baş məşqçisi Roman Qriqorçukla əvvəlki çalışdırıcısı Ayxan Abbasovu, onların taktikalarını müqayisə etməyi məqsədəuyğun saymayıb: "Hər bir məşqçinin istər-istəməz fərqli tələbləri olur. Onlar eyni futbolu tələb edə bilməzlər. Keçmiş komandam haqda danışmaq istəməzdim. Qriqorçukun taktikasına uyğunlaşmaqda bir çətinlik çəkmədim. Onun tələblərini yerinə yetirmək üçün meydanda konsentrasiya olmağa çalışıram. Şükürlər olsun ki, debütüm pis alınmadı. İnşallah, oyundan-oyuna daha yaxşı olacaq. Antalyada da komandamla 5-6 matç oynadım. Yaxşı kollektivimiz var. Hər şey yaxşıdı".

 

Təmkin liderlə matçda hər iki komandanın ifasında maraqlı oyun izlədiklərini, qazandıqları 1 xalı yaxşı nəticə saydığını qeyd edib: "Bilirdik ki, çətin matç olacaq və yaxşı hazırlaşmışdıq. Maksimum gücümüz qoyduq. Meydana 3 xal üçün çıxmışdıq. Ancaq "Qarabağ"la səfər matçında 1 xalı da pis nəticə saymıram. Məncə, eyni səviyyəli oyun getdi və ədalətli nəticə idi. Göründüyü kimi, hər iki komanda meydanda riskə getmək istəmirdi. Deməzdim ki, 2 xal itirdik. Heç-heçəni də pis nəticə saymıram. Bizi çempionatda uzun marafon gözləyir. Digər matçlara da maksimum səylə hazırlaşacağıq".

 

MEHMAN SÜLEYMANOV

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB