TOP 10

Ayxan Abbasov: “Nəticə ədalətli oldu”

Futbol
Tarix: 2018-02-10 18:50

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:


“Sumqayıt” ən bəyəndiyim komandalardan biridi. Əvvəldən də oyunun çətin keçəcəyini bilirdik. İtkilərimiz də, yeni oyunçularımız da var idi. Hissələr arasında fərq oldu. Fasilədə sistemdə dəyişiklik etdik. İkinci hissədə istədiyimiz oyunu göstərdik. Nəticə ədalətli oldu. Hər iki komanda 1 xala layiq idi. Çempionat gərgin keçəcək. Bizim üçün hər xal vacibdi.


- Nəticəni ədalətli hesab etsəniz də, ikinci hissədə “Zirə” qələbəyə daha yaxın idi...
- Birinci hissədə “Sumqayıt”ın qol şansları var idi. İkinci hissə tam fərqli oldu. Bizim qol epizodlarımız çox oldu. Top dayanmırdı.


- Antalyada “Sumqayıt”la eyni oteldə qalırdız və rəqibin yoxlama görüşlərini izləmişdiz. Bu gün gözlədiyiniz “Sumqayıt”ı gördünüz?
- “Sumqayıt”ı analiz etmişdik. Yalnız “Anji” ilə oyunlarına canlı baxmamışdım. Həmin matçın da videoyazısını izləmişdim. Bugünkü oyunun çətin olacağını bilirdik. Əvvəldən də demişdim ki, ilk 3 oyun bizim üçün çətin keçəcək. Heyətdə 4-5 yeni futbolçu var. Onların komandaya uyğunlaşması üçün zamana ehtiyac var.


- Yeni transferiniz, Moldova millisinin üzvü Dedovun heyətdən kənarda qalmasının səbəbi nə idi?
- O, hazır vəziyyətdədi. Həm millidə oyununa baxmışıq, həm öz klubunda hazırlıq keçib. Amma hələ ki bizimlə məşq etməmişdi. Nə qədər vacib futbolçu olsa da, komandayla məşq keçmədiyi üçün onu meydana buraxa bilməzdim.


- Digər yeni transferiniz Urdinov epizodların birində Əliyar Ağayevin qərarına etiraz olaraq hakim tərəf' tüpürdü. Bununla bağlı onunla söhbətiniz olacaq?
- Həmin anı görməmişəm. Amma gördüyüm o idi ki, cərimə bizim lehimizə verilməli idi. Dərhal ona xəbərdarlıq etdik. Hakim nə qərar versə də, futbolçu aqressiyasını qorumalıdır. Biz heç bir oyunçuya o ixtiyarı verməmişik.
 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB