TOP 10

Samir Abasov: “1:3 hesabıyla uduza bilərdik”

Futbol
Tarix: 2018-02-10 18:28

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:


- Bizim üçün çətin idi. “Zirə” ilə Antalyada eyni oteldə qalırdıq. Amma vətənə qayıtdıqdan sonra bildik ki, 3-4 yeni oyunçu götürüblər. Tanımadığımız futbolçulara qarşı oynamaq işimizi çətinləşdirirdi. Oyuna yaxşı başladıq. Sonda 1:2, 1:3 uduza bilərdik. Bunu ataq birinci oyun olmasının üstünə. İkinci hissədəki kimi oynamağa davam etsək, ancaq 7-8-ci yerləri tuta bilərik. Halbuki fiziki cəhətdən komandamızda hər şey qaydasındadı. Əfsuslar olsun ki, komandamda 3-4 nəfər var ki, bu gün oyunun tez başa çatmasını arzulayırdılar. Futbolçularımız böyümək istəyirlərsə, psixologiyalarını dəyişməlidilər.


- Özünüz də qeyd etdiz ki, birinci hissədə yaxşı, ikinci hissədə zəif oynadız. Demək olar ki, 3 əvəzetmənin heç biri özünü doğrultmadı?
- Ancaq Nicatı qeyd etmək olar. O, əvvəlki klublarında həmişə ehtiyatda qalıb. İndi özünü göstərməlidi. Meydana çıxandan sonra futbolçu 10 dəqiqəyə yorulursa, deməli oynamağa layiq deyil.


- Meydanda maraqlı mübarizə getsə də, sanki Fərhad Vəliyev tempə uyğun gəlmirdi...
- Birinci hissədə komandamdan razı qaldım. İkinci yarıda “Zirə” tam üstün oynadı. Komandamızda demək olar ki, dəyişiklik yoxdu. Antalyadakı oyunlarımız, məşqimiz də tempi aşağı salmamağa hesablanmışdı.


- Oyun ərzində Əliyar Ağayevə etiraz edirdiniz. Onun idarəçiliyindən narazı qaldız?
- İndi bu suala “hə” desəm, mənə cərimə düşəcək?


- Bəli.
- Yox, narazı deyiləm.

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB