TOP 10

İlin ilk oyunu niyə gec başlayıb?

Futbol
Tarix: 2018-02-10 16:44

Topaz Premyer Liqasında (TPL) qış fasiləsindən sonra ilk oyun bir qədər gec başlayıb. Sport24.az xəbər verir ki, saat 16:00-da başlamalı olan XV turun açılış oyunu -  "Zirə" - "Sumqayıt" matçı nəzərdə tutulandan 10 dəqiqə gec start götürüb.

 

Bu, yayım məsələsiylə bağlı olub. TPL-in yayım hüququna məxsus olan "CBC Sport" telekanalının baş redaktoru Şəmsəddin Abbasov saytımıza açıqlamasında məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, problem peykə çıxa bilməməklə bağlı olub və test ediblər.  

 

Qarşılaşmanın keçirildiyi Zirə Olimpiya Kompleksinin stadionunda şərhçi kabinəsində "CBC Sport" şərhçisinin olmaması da diqqətimizi çəkib. Ancaq Abbasov matçın studiyadan şərh edilmədiyini bildirib: "Oyunun şərhçisi Rəvşən Binnətli arenadadı. Sadəcə, Rövşən müəllim stadionun başqa yerindən - aşağı tərəfdən oyunu şərh edir. Bu da üzləşdiyimiz texniki problemlə əlaqədardi. Avadanlığımız tam olaraq Türkiyədən gəlməyib, sərhəddə qalıb".

 

MEHMAN SÜLEYMANOV

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB