TOP 10

Qurbanov Çexiya klubunda dubl etdi

Futbol
Tarix: 2018-02-10 12:07

Çexiyanın “Slaviya” klubunun U-21 komandası qış fasiləsi dönəmində daha bir yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi bu kollektiv “Meteor”la üz-üzə gəlib. Qarşılaşma Praqa təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.


Fərid matça start heyətdə başlayıb və sonadək mübarizə aparıb. 


“Slaviya”ya baxışa yollanan “Qəbələ” Futbol Akademiyasının yetirməsi, U-17 millimizin yarımmüdafiəçisi Samir Qurbanov da bu görüşün iştirakçısı olub. O da Nəbiyev kimi 90 dəqiqə meydanda olub. 2001-ci il təvəllüdlü futbolçu “Slaviya”nın qələbəsinə 18 və 40-cı dəqiqələrdə fərqlənməklə imza atdığı dublla töhfə verib.
 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB