TOP 10

Ayxan Abbasov: "Onu Meksika klubundan icarəyə götürürük, mövsüm bitəndən sonra isə..."

Futbol
Tarix: 2018-02-06 14:10

"Zirə"nin heyətinə cəlb etməyi planlaşdırdığı Trinidad və Tobaqo yığmasının futbolçusu Jomal Evans Uilyams Azərbaycana gəlib. Bu haqda Sport24.az-a məlumat verən Bakı klubunun baş məşqçisi Ayxan Abbasov 24 yaşlı vingerin keçidinin həll olunmaq üzrə olduğunu bildirib: "Legioner bu gün tibbi müayinədən keçəcək. Sabah isə onunla rəsmi müqavilə imzalayacağıq və "Zirə"ylə ilk məşqinə çıxacaq. Uilyams müqaviləylə Meksika "Mursielagos" klubuna məxsusdu. Yəni biz onu birdəfəlik etmirik, icarəyə götürürük. Anlaşmamız cari mövsümün sonunadək olacaq. Mövsüm bitəndə isə onu yenə icarəyə götürə bilərik. Yəni Jomalın bizimlə icarə müqaviləsi bitəndən sonra onunla bağlı qərarımızı verəcəyik".

Legionerin gələcəkdə birdəfəlik transferi istisna olunmur ki, bunu zaman göstərəcək. Təbii ki, bunun üçün futbolçu "Zirə"də oynacağı 4 ayda ümidlərini doğrultmalıdı. Abbasov transferi transfer xatirinə etmədiklərini vurğulayır: "Əlbəttə, trinidad və tobaqlı futbolçuya böyük ümidlər bəsləyirik. Onun oyununu görüb bəyənmişik və inanırıq ki, komandamıza kömək edəcək. Uilyams hücumun 3 mövqeyində, həm yarımmüdafiənin cinahlarında, həm də mərkəzdə oynaya bilər. Onun univesal olması da diqqətimizi çəkib və çalışırıq ki, komandamızda belə futbolçular olsun. Daha bir yeni legioneri də almaq istərdik.  Variantlar var. Sadəcə, klublarıyla müqavilələri var, razılıq əldə olunmasını gözləyirik".

 

Xatırladaq ki, Jomal 2015-ci ildən cəlb olunduğu millisində 9 oyunda 1 qol vurub. 

 

MEHMAN SÜLEYMANOV

 

Xatırladaq ki, "Zirə" bu qış fasiləsində hələ ki legioner transfer etməyib. 

 

 


 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB