TOP 10

"Kəpəz"in Vinçester planı baş tutdu

Futbol
Tarix: 2018-02-04 18:29

Hücumçu axtarışında olan "Kəpəz" bu mövqeyə almaq istədiyi Şandon Vinçesterin keçidini həll edə bilib. Sport24.az-ın əldə etdiyi məlumata görə, gəncəlilərin Trinidad və Tobaqodan olan futbolçu Şandon Vinçesterin transfer etmək istəyi nəhayət, baş tutub. 26 yaşlı hücumçunu sonda razı sala bilən əyalət təmsilçisi yaxın günlərdə onunla rəsmi müqavilə imzalayacaq. 

 

Gəncə klubu 2016-cı ildən Meksikanın "Murklelaqos" klubunda oynayan (18 oyun, 5 qol) bu hücumçunu heyətinə cəlb etməti bir müddətdi planlaşdırsa da, ilk danışıqlardan sonra müqavilə imzalanması baş tutmamışdı. Ancaq bu dəfə Vinçester planı reallaşacaq. 

 

Şandonun 2009-cu ildən başlayan karyerasının böyük hissəsi vətənində "Connection" klubuna bağlı olub. Belə ki, o  6 il bu klubun şərəfini qoruyub. Şandon 2012-14-cü illərdə Vyretnamda "Sonqlan Neam" və Finlandiyada "Jayro" klubunda legioner həyatı yaşayıb. O, hər iki ölkədə icarə əsasında çıxış edib 

 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB