TOP 10

"Zirə" Trinidad və Tobaqo millisinin hücumçusunu transfer edir - EKSKLÜZİV

Futbol
Tarix: 2018-02-04 17:18

"Zirə"nin transfer etmək istədiyi legionerlərdən biri müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, zirəlilər Trinidad və Tobaqo yığmasının futbolçusu Jomal Evans Uilyamsı heyətinə cəlb etməyi planlaşdırır. Bakı klubunun bəyəndiyi 24 yaşlı vingerlə yaxın günlərdə müqavilə imzalamaq ehtimalı yüksəkdi.

 

Ulyamsın artıq 17 yaşından başlayan peşəkar karyerası daha çox vətəninə bağlı olub. Belə ki, o, 2011-16-cı illərdə yerli "Connection"da oynayıb. Jomalın son klubu isə 2016-cı ildən çıxış etdiyi Meksika "Mursielagos"u olub.

 

Futbolçu 2015-ci ildən cəlb olunduğu millisində 9 oyunda 1 qol vurub. Uilyams həm yarımmüdafiənin cinahlarında, həm də hücumda oynamaq bacarığı ilə seçilir. 

 

Xatırladaq ki, "Zirə" bu qış fasiləsində hələ ki legioner transfer etməyib. 

 

 

 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB