TOP 10

Qurban Qurbanov Antalya toplanışına yekun vurdu: "Nə bizim "Qəbələ"ni nəzarətdə saxlamağa ehtiyac var, nə də onların bizi"

Futbol
Tarix: 2018-02-04 00:00

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Antalyadakı təlim-məşq toplanışının son yoxlama matçında - Çernoqoriyanın "Mladost" klubuyla 1:1 hesabıyla nəticələnən qarşılaşmadan sonra müsahibə verib. Türkiyədə 1 aya davam edən hazırlıq prosesinə yekun vuran təcrübəli mütəxəssis Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. 

 

- Son matçdan nə dərəcədə razı qaldını?

- Oyun pis keçmədi. Təlim-məşq toplanışının 25-ci günü idi. Buna baxmayaraq, düşünürəm ki, futbolçular yaxşı oyun göstərdilər. Bir neçə futbolçumuz zədəli oldu. Hansıların ki son yoxlama matçında oynamalarını çox istəyirdik. Bununla belə, həm matçlardan, həm də toplanışdan razı qaldım. Belə oyunlarda səhvimiz daha çox biz məşqçilər üçün bir o qədər yaxşı olur. Çünki bunları görürük və çempionat qabağı aradan qaldırmağa imkan olur. 

 

- Komanda yoxlama oyunlarında bir qələbə belə qazanmadı. Buna fikir verdiniz, yoxsa?

- Əlbəttə, fikir verirəm. Burda qələbə qazanmamağının bəzi səbəblərini özümüz bilirik. Bu nəticə normal haldı. Düşünürəm ki, hər toplanışda belə hallar olur və bunun qarşısını almağa çalışırıq.

 

- Ötən toplanışlarından birində belə bir hal olmuşdu ki, "Qarabağ" ümumiyyətlə, bütün yoxlama oyunlarında uduzmuşdu. Bu dəfə təxmini eyni ssenari təkrarlandı. Onda qeyd etmişdiniz ki, bu, aradan qaldırılan səhvlərdi. İndi də analoji vəziyyət idi, yoxsa fərqli durum yaranıb?

- Eyni vəziyyət olduğunu demək olar. İndi get-gedə bu səhvlər olmamalıdı. Çünki bütün komandalar belə səhvləri bağışlamırlar. Futbol get-gedə bunun üzərində qurulur. Səhvlərimizi, xüsusilə də topu öz meydanımızda rəqibə verdiyimiz haldakı xətanı heç bir rəqib bağışlamır. Daha da diqqətli, ciddi olmalıyıq. Düşünürəm ki, bu səhvləri aradan qaldırmaq olacaq. 

 

- Artıq bir həftə sonra çempionatda "Qəbələ"ylə qarşılaşaqsınız. Komandanın oyuna tam hazır ola biləcəkmi?

- Dəfələrlə bildirmişəm ki, komanda belə uzunmüddətli toplanışlardan sonra hardasa 3-4-cü matçında optimal formasını yığmağa, hər bir futbolçu oyununu daha da yaxşılaşdırmağa başlayır. Hər bir halda çalışacağıq ki, komandanı ən optimal formaya gətirib çıxaraq. 

 

- Bu təlim-məqş toplanışında "Qəbələ"ni nəzarətdə saxlayırdınız? Rəqinin hansı durumda bilirsiniz?

- Düşünürəm ki, nə bizim "Qəbələ"ni, nə də onların bizi nəzarətdə saxlamağına ehtiyac var. Çünki bir-birimiz çox gözəl tanıyırıq. Bu üzdən elə də ehtiyac yoxdu.

 

- Onsuz da "Qəbələ"ylə 2 dəfə qarşılaşacaqsınız. Ancaq buna baxmayaraq, qış fasiləsindən dərhal sonra onunla oynamaq "Qarabağ üçün yaxşıdı, yoxsa yox? İstərdiniz ki, daha münasib rəqiblə oynayasınız?

- Bu haqda sonra fikir bildirərik. Bir-iki gün istirahət edək, başımız bir az sakitləşsin. İnşallah, bundan sonra fikir bildirərik.

 

- Antalyadakı 6 oyundakı qarşılaşdığımız rəqiblərdən "Qəbələ"yə bənzər olan oldumu?

- Hər bir rəqibin, hər bir məşqçinin oyun düşüncələri fərqlidi. Elə qarşılaşmalar oldu ki, sürətli futbolçulara, komandalar qarşı oynadıq. Qarşılaşdığımız "Mariupol", "Sarayevo" güclü  komandalar idi. "Qəbələ" isə bir az fərqlidi. Bu da onun futbolçuları, oyun sistemi ilə bağlıdı. Ola bilər ki, "Qəbələ"nin daha sürətli futbolçular var. və onlara hazır olmalıyıq. Sürətli oynamaqda, əks-hücumlara tez çıxmaqda, ünumiyyətlə, ropla davranmaqda demək olar bütün komandalar bir-birinə bənzəyir. 

 

  CEYHUN ƏLİYEV, Antalya

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB