TOP 10

Nicat Qurbanov: “Qurban müəllim gəlib oyunumuza baxırsa, bu, hər bir futbolçu üçün böyük bir motivasiyadı”

Futbol
Tarix: 2018-02-01 15:16

Ötən gün Antalya toplanışı çərçivəsində “Sumqayıt” Rusiya “Anji”si ilə növbəti yoxlama oyununu keçirdi. Samir Abasovun yetirmələri matçdan 0:1 hesablı məğlubiyyətlə ayrılsalar da, olduqca baxımlı futbol sərgilədilər. Meydana fasilədən sonra daxil olsa da, komandanın sıralarında özünü ən yaxşı tərəfdən göstərənlərdən biri də Nicat Qurbanov idi. Matçdan sonra Qurbanov Sport24.az-a verdiyi müsahibədə hazırlıq prosesi, komandadakı durum, hədəfləri və milli perspektivləri barədə danışdı.

 

- “Anji”yə qarşı sanki xüsusi motivasiya ilə çıxmışdınız. 
-  Xeyr, belə bir şey yox idi. Sadəcə, hər bir yoxlama oyununa ciddi yanaşırıq. Rəqib Rusiya Premyer Liqası təmsilçisi idi. Bu cür rəqiblərlə komanda öz gücünü görə bilir. Zənnimcə, bərabərlik daha ədalətli nəticə olardı.

 

- Oyunu milli komandamızın baş məşqçisi Qurban Qurbanov da tribunadan izləyirdi. Bu, məzmunlu futbol sərgiləməyinizə əlavə motivasiya qatmırdı?
- Açığı, bundan xəbərim olmayıb. Ancaq Qurban müəllim gəlib bizim oyunumuza baxırsa, bu, hər bir futbolçu üçün böyük bir motivasiyadı. Bu, bir daha göstərir ki, millinin qapıları hər bir oyunçunun üzünə açıqdı. Yığma komandaya dəvət almaq üçün əlimdən gələnin ən yaxşısını edəcəm.

 

- Özünü “Sumqayıt”da necə hiss edirsən?
- Hazırlıqların ilk hissəsi Sumqayıtda, ikinci mərhələsi isə Türkiyədə keçirilir. Xeyli sayda yoxlama oyunu keçirmişik. Deyərdim ki, uyğunlaşma baxımından da problem yaşamadım. Çünki uşaqların 80 faizini yaxından tanıyıram. Atmosfer də yüksək səviyyədədi, məni də çox yaxşı qarşıladılar. Bütün bunlar kollektivə uyğunlaşmağımda böyük problem yaşanmamasını şərtləndirdi.

 

- Meydanda ən yaxşılardan biri idi idin. İkinci hissənin ikinci yarısını cinah müdafiəçisi kimi keçirdin. Özünü bu mövqedə necə hiss edirdin?
-  Peşəkar futbolçuyuq. Məşqçi hansı mövqedə çıxış etməyi tapşırsa, buna uyğun da oynayacam. Karyeram ərzində hücumda da oynamışam, hər iki cinahda vinger kimi də, müdafiədə də.

 

- Çempionatın ikinci hissəsinə özünü hazır hiss edirsən?
- Deyərdim ki, komandamız çempionata 70 faiz hazırdı. Bu da təbii prosesdi. İstirahətdən sonra komandanın tam hazırlığı üçün təlim-məşq keçirilir. Çempionatın gedişatında isə 100 faiz hazır olursan.

 

- Manavqartdakı oyununuzu da izləmişdim. Həmin görüşdə “Sumqayıt” heç də ürəkaçan futbol sərgiləmirdi.
-  Həmin vaxt komanda fiziki yüklənmələr altında idi. İndi isə yorğunluğumuz bədəndən çıxır, formamızı bərpa etmişik, əməlli başlı canlanmışıq.

 

- “Sumqayıt” tarixində ilk dəfə ölkə Kubokunun yarımfinalına vəsiqə qazanıb. Çempionatda da 4-cü pillədə qərarlaşmısınız. Avrokuboklara vəsiqə qazanmaq şanslarınızı necə qiymətləndirirsən?
-  Tam razıyam, həqiqətən qitəmiqyaslı yarışlara qatılmaq üçün əla fürsət yaxalamışıq. İnşallah, sumqayıtlılara avrokubok həyəcanı yaşadacağıq. Bura bunun üçün gəlmişik.
 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB