TOP 10

Baş tutmayan sövdələşmə: "Vinçester "atəş" açmayacaq"

Futbol
Tarix: 2018-02-01 12:30

Hücumçu axtarışında olan "Kəpəz"in bu mövqeyə almaq istədiyi legioner məlum olub. Sport24.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, Trinidad və Tobaqodan olan futbolçu Şandon Vinçesterdi.

 

Gəncə klubu 2016-cı ildən Meksikanın "Murklelaqos" klubunda oynayan (18 oyun, 5 qol) 26 yaşlı bu hücumçunu transfer etməyi planlaşdırsa da, müqavilə imzalanması baş tutmayıb.

 

Vinçester 2009-cu ildən başlayan karyerasının böyük hissəsi vətənində "Konnektion" klubuna bağlı olub. Belə ki, o  6 il bu klubun şərəfini qoruyub. Şandon 2012-14-cü illərdə Vyretnamda "Sonqlan Neam" və Finlandiyada "Jayro" klubunda legioner həyatı yaşayıb. O, hər iki ölkədə icarə əsasında çıxış edib 

19 Fevral 2018
18 Fevral 2018
B.eÇ.aÇC.aCŞB