TOP 10

Aleksandr Spiridon: "Azərbaycan yığmasıyla matçda əsasən Moldova çempionatından futbolçular oynayacaq"

Futbol
Tarix: 2018-01-12 18:42

Moldova yığmasının yeni baş məşqçisi Aleksandr Spiridon Türkiyədəki təlim-məşq toplanışında Azərbaycan milli komandasıyla oyunla heyətlə bağlı məsələlərə aydınlıq gətirib. Sport24.az xəbər verir ki. bu gün təqdimatı olan mütəxəssis keçirilən mətbuat konfransında Antalyadakı hazırlıq prosesində millinin yerli futbolçulardan, yoxsa legionerdən təşkil olinmasına aydınlıq gətirib:

"Bu oyunlar FİFA-nın qeyri-rəsmi vaxtında keçirilir. Klublarla əlaqə saxlayacağıq. Onlar güzəştə gedərək futbolçuları heç olmasa bir oyuna buraxsalar, onda məmnuniyyətlə onlara baxarıq. Ancaq əlbəttə ki, bu matçlarda əsasən Moldova çempionatından futbolçular oynayacaq".

 

Xatırladaq ki Moldova yanvarın 27-də Cənubi Koreya, 30-da Azərbaycanla yoldaşlıq görüşü keçirəcək. 

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB