TOP 10

Millimizin rəqibinin yeni baş məşqçisi bilindi: O debüt matçında bizə qalib gəlib

Futbol
Tarix: 2018-01-12 18:06

Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində yoldaşlıq görüşündə rəqibi olan Moldova yığmasının yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu posta Aleksandr Spiridon təyin olunub. 

 

Yeni çalışdırıcıyla "1+1" sistemiylə müqavilə imzalanıb. Milli onun rəhbərliyi altında sabah təlim-məşq toplanışına başlayacaq. 

 

57 yaşlı Spiridon əvvəllər də Moldova yığmasının çalışdırıcısı olub. Bu, 2001-ci də olub. Onda moldovalılar bu mütəxəssisin rəhbərliyi altında 4 oyun keçirərək 3-də yenilib, 1-də qalib gəlib. Maraqlıdı ki, həmin qələbə məhz yığmamız üzərində olub və Spiridonun debüt matçı idi. Bu çalışdırıcı uzun illər Mirça Luçesku ilə birgə çalışıb, həm "Şaxtyor"da, həm də "Zenit"də onun köməkçisi olub. Spiridon "Şaxtyor"la 8 dəfə Ukrayna çempionu olmaqla yanaşı, 2009-cu ildə UEFA kubokunu qazanıb. 

 

Xatırladaq ki, yanvarın 30-da keçiriləcək Moldova yığmasıyla matçda Qurban Qurbanov millimizin baş məşqçisi vəzifəsində debüt edəcək. 

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB