TOP 10

“Zirə”dən darmadağın

Futbol
Tarix: 2018-01-12 17:37

“Zirə” bu gün yoxlama oyunu keçirib. Sport24.az xəbər verir ki, sözügedən komanda əvəzediciləri ilə qarşılaşıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən görüş əsas komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk iki qolu Vüsal İsgəndərli, digər iki qolu isə Mirsahib Abbasov vurub. Legioner futbolçular hazırlıqlara gec qoşulduğuna görə, baş məşqçi Ayxan Abbasov bu oyunda ancaq yerli oyunçuların xidmətindən yararlanıb. 


“Zirə” növbəti matçını yanvarın 19-da “Keşlə”yə qarşı keçirəcək.
 

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB