TOP 10

Sabiq “Xəzər Lənkəran”lı autsayderə baş məşqçi təyin olundu

Futbol
Tarix: 2018-01-11 16:11

Türkiyənin “Qaziantepspor” klubuna yeni baş məşqçi təyin olunub. Sport24.az xəbər verir ki, klub rəhbərliyi TFF 1-ci liqada mübarizə aparan komandanı Oqtay Dərəlioğluna tapşırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin onunla müqavilənin müddəti və detalları barədə məlumat verilmir.


Qeyd edək ki, “Qaziantepspor” bu mövsüm çox ciddi maliyyə problemlərindən əziyyət çəkir. Bu üzdən heyəti də kasad olan klub hazırda TFF 1-ci liqada geridə qalan 17 turdan sonra 18 iştirakçı arasında cəmi 4 xal (!) toplaya bilib və sonuncu pillədə qərarlaşıb.


O.Dərəlioğlu futbolçu karyerası ərzində də 1999-2000 mövsümündə bu klubun formasını geyinib. O, 2004/05 mövsümünü isə Azərbaycanda, “Xəzər Lənkəran”da keçirib.

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB