TOP 10

Kamran, ordan bir qafiyə aç

Futbol
Tarix: 2018-01-11 13:11

Baş tutan transfer

 

Çempionlar Liqasının cari mövsümündə qrup mərhələsində iştirak etmiş “Qarabağ” Dino Ndlovunu Çinin “Xançjou Qrintaun” klubuna satıb. Cənubi Afrika Respublikasının milli komandasının üzvü asiyalılarla 2 illik sözləşmə imzalayıb. Bu keçidin ağdamlılara 750 min avro qazandırdığı bildirilir. Bu isə 1,5 milyon manat edir.

 

Gözlənilən transfer

 

İsveçin AİK klubu “Qarabağ”ın yarımmüdafiəçisi Tarık Elyunussinin xidmətində maraqlıdı. Bu barədə məlumatı İsveç mətbuatı yayıb. Xəbərdə AİK-in Norveç millisinin də üzvü olan 29 yaşlı futbolçunun xidmətində maraqlı olduğu qeyd edilib. Klub futbolçunu icarəyə götürməyin də əleyhinə deyil.

 

Urrra, Mahir Mədətov “Beşiktaş”da!

 

“Qarabağ” burax da Avropanı, bütün dünyanın izlədiyi Çempionlar Liqası kimi nəhəng turnirin qrup mərhələsində 6 oyun keçirdi. 6 oyun! “Köhlən atlar”ın ÇL macərası bitən kimi Azərbaycan mətbuatında “Qarabağ”ın azərbaycanlı futbolçusu Mahir Mədətovun “Beşiktaş”a transfer olunacağı xəbərləri yayıldı (bu oğlan “Qarabağ”ın heyətində ÇL-in qrup mərhələsində 322 dəqiqə meydanda olub, 78 ötürmə edib, 3 dəfə qapıya zərbə vurub). Hətta bəzi saytar bir az da irəli gedərək, o günlərdə manşetə belə başlıqlar çıxarırdı: “Mahir Mədətov “Beşiktaş”da - Foto”. Eee, sonra? Sonra nə oldu? Getdimi Mədətov “Beşiktaş”a? İzləyə bilirsizmi oyununu göz dolusu? İzləmirsiz, yenə xəbərlər yazmağa davam edirsiz, yeni xəbərlər oxumağa davam edirik: “Mahir Mədətov Bundesliqa klublarının diqqət mərkəzidə”. Sabun köpüyü, yalan, falan, filan... Amma əvəzində afrikalı Dino Ndlovu, norveçli Tarık Elyunussi dünyanın, Avropanın diqqətini cəlb edir, onlara görə “Qarabağ”la danışıqlar aparılır, onlara görə Azərbaycan klubu pul qazanır.

 

Portuqaliyada, Çexiyada böyük meyxana ustadı Kamran Ağayevin istedadına qiymət vermədilər, üstümüzə qayıtdı. Albaniyada Rauf Əliyevi bəyənmədilər, o da üstümüzə qayıtdı. Türkiyədə, Slovakiyada Ramil Şeydayevin, Portuqaliyada Emin Mahmudovun istedadını “gözü götürməyənlər” oldu, üstümüzə qayıtdılar. Eddi İsrafilov adlı bir futbolçumuz var, indi hardasa İspaniyanın aşağı liqalarında gününü keçirir. Portuqaliyada bir də Budaq Nəsirovumuz var, böyüyüb ağac olacağını gözləməkdən özümüz ağaca dönmüşük.

 

Siz bir də ayıb bilmədən Ozancan Kökcüyə nazmı edirsiz? Avropaya çıxarmağa bircə normal futbolçusu olmayan ölkənin futbol federasiyasının rəhbərliyi lazım gəlsə, Kökcünün qapısının önündə kötük olmalıdı, milliyə gəlməsi üçün. Qardaş, “brat”, “arkadaş”, sizin ölkədən futbolçu çıxmır! Çıxartmırlar, çıxarda bilmirlər! Və sizin çoxunuz səbəbləri araşdırmadan, nəticəyə hücum edirsiz.

 

Ndlovunun, Aqollinin, Almeydanın, Miçelin, Kintananın hesabına neçə ildi sizə Avropa meydanlarında qələbinin tamını hiss etdirən Qurban Qurbanov sabah milli komandada uğursuzluğa düçar olunca, yaxasından yapışıb, bəlkə də vətən xaini çıxaracaqsız adamı. Bu ölkənin insanları yaxşılığı da, pisliyi də tez unudur. Bu ölkədə insanlar səbəblərlə ilgilənməz, nəticələrə baxar. Sizin çoxunuz üçün “bütün bu illər ərzində niyə bizdə normal səviyyədə futbolçu yetişməyib” sualının cavabı mənasızdı. Bilirəm, heç araşdırmağa, düşünməyə də həvəsiniz yoxdu. Amma bəlkə də, haqlı olaraq qapazaltı olan Azərbaycan millisinə gəlməyə naz edən Kökcülərə, Kötükcülərə, nə bilim, daha kimlərə dişinizi qıcıya, “mənim vətənim, mənim xalqım” kimi gəlişigözəl sözlər yağdıra bilirsiz. Sizin vətəniniz, sizin xalqınız çox demirəm, ortaya bircə Dino Ndlovu çıxarsın... Nə isə, Kamran, ordan bir qafiyə aç.
 

(komanda.az)

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB