TOP 10

Dabo fasilədən narazıdı: "Bu mövsümü daha yaxşı notlarla başa vura bilərik"

Futbol
Tarix: 2018-01-11 12:21

Baqali Dabo "Qəbələ"də 2-ci mövsümünü çox inamlı keçirir. Fransalı hücumçu vurduğu 9 qolla nəinki komandasının, çempionatımızın bombardiridi. Dabo mövsmün ikinci yarısını hazırlığını keçirmək üçü "qırmızı-qaralar"la Antalyada təlim-məşq toplanışıdadı. O, Sport24.az-a hazırlıq, komandada olan dəyişiklərlə bağlı danışıb. 

 

- Antalyada hazırlıqlar necə gedir?

- Yenidən öz yolumuzdayıq. Davam edirik və hazırlaşırıq.

 

- Çempionatın ikinci yarısı haqqında nə düşünürsən?

- Əslində çempionat bütöv bir marafondu. Birinci və ikinci hissəyə bölmək lazım deyil. Başdan sonra eyni yolda davam etməliyik. Düşünürəm ki, bu mövsümü daha yaxşı notlarla başa vura bilərik.

 

- 2 aylıq fasilə komandaya təsir edəcək?

- Fikrimcə, fasilə çox yanlış vaxtda yarandı. Fikir versəniz, son oyunlarda daha yaxşı idi. Komanda baxımlı futbol oynayaraq qələbə qazanardı. Tempi getdikcə yüksəldib daha yaxşı oyun nümayiş etdirəcəkdik. Amma fasilə mənfi təsir edəcək.

 

- Səncə, “Qəbələ”yə çempion olmaq üçün nə lazımdı?

- Sadəcə, daha çox diqqət və yaxşı oyun. Biz az xal itirməli, çox xal qazanmalıyıq. Hər matçda diqqətli olub maksimum üçün “döyüşməliyik”.

 

- Hazırda çempionatın bombardirisiniz...

- Bunu hər zaman etməyə, işimin öhdəsindən gəlməyə çalışmışam. Mən bombardir olmaq üçün deyil komandamın uğur qazanması üçün qol vururam. Ötən mövsüm bir az zəif təsir bağışladım. O da ciddi zədəmlə əlaqədar idi. Özümü yüzfaiz göstərə bilmirdim. Hazırda isə bunu bacarıram.

 

- Komandadan Deyv Bultuis və Endi Hallidey getdi. Səncə, onların gedişi doğru qərar idi?

- İiki yaxşı futbolçunu itirdik. Buna təəssüflənirik. Fikrimcə, onlar mövsümün ikinci yarısında bizə kömək edə bilərdilər. Amma edə biləcəyimiz bir şey yoxdu və baş məşqçinin qərarına hörmət edirəm. Əlimizdə olanla yola davam edəcəyik.

 

MEHMAN SÜLEYMANOV

17 Yanvar 2018
16 Yanvar 2018
B.eÇ.aÇC.aCŞB